Pərviz Şahbazov: Azərbaycan enerji sahəsində qlobal platformaya çevrilib
15 İyul 2026 11:07   15 Jul 2026 11:12 Paylaş

Azərbaycan bu gün təkcə zəngin neft irsi ilə deyil, həm də qlobal enerji dialoqunun aparıcı mərkəzlərindən biri kimi tanınır.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən OPEC+un Əməkdaşlıq Xartiyası üzrə ilk iclasındakı çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkənin həm qlobal enerji sənayesinin tarixində, həm də müasir beynəlxalq enerji əməkdaşlığının inkişafındakı roluna verilən yüksək qiymətin göstəricisidir.

“Bakıda beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslər irəli sürülür, qlobal enerji gündəliyinin strateji məsələləri müzakirə edilir və gələcək enerji siyasətini formalaşdıran mühüm qərarlar üçün platforma yaradılır. Azərbaycan enerji sahəsini təkcə iqtisadi inkişafın əsas dayaqlarından biri deyil, həm də etibarlı tərəfdaşlıq, qarşılıqlı etimad və ortaq məsuliyyətin simvolu kimi qiymətləndirir və bu prinsiplər əsasında qlobal enerji təhlükəsizliyinin, bazar sabitliyinin və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməyə davam edir”, - deyə P.Şahbazov qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol