Peruda tarixi seçki: Keyko Fuximori ölkənin ilk qadın Prezidenti seçilib
İyunun 7-də keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanan "Xalq gücü" partiyasının lideri Keyko Fuximori Peru tarixində ilk qadın Prezident olub.
"Stabil.az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Perunun Seçki Prosesləri üzrə Milli İdarəsi məlumat yayıb.
Məlumata görə, turda Fuximori səslərin 50,135 %-ni, solçu "Peru üçün Birlikdə" partiyasının namizədi Roberto Sançes isə 49,865 %-ni toplayıb.
"Bülletenlərin 100 %-i emal edilib. Biz bütün perulular üçün nizam və ümid yoluna qədəm qoymağa yaxınlaşırıq", - K.Fuximori "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
Milli Seçki Münsiflər Heyəti iyulun 3-də K.Fuximorini rəsmən qalib elan edəcək.
Qeyd edək ki, Keyko Fuximorinin 51 yaşı var. O, Perunun sabiq prezidenti Alberto Fuximorinin qızıdır. İnauqurasiya mərasimi iyulun 28-də keçiriləcək. O, Peru tarixində ilk qadın prezident olacaq. Bu ölkədə prezident beş illik müddətə seçilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





