Peruda güclü yağışlarla əlaqədar fövqəladə vəziyyət rejiminin müddəti 60 gün uzadılıb
Peru hakimiyyəti güclü yağışlar səbəbindən ölkənin 11 regionunun 41 rayonunda fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.
"Stabil.az"ın "El Peruano" rəsmi bülleteninə istinadən xəbərinə görə, müvafiq qərarı ölkənin Ali Məhkəməsi qəbul edib.
Sənəd iyunun 1-dən qüvvəyə minəcək. Fövqəladə vəziyyət rejimi Ankaş, Apurimak, Arekipa, Ayakuço, Kaxamarka, Kusko, Uankavelika, Uanuko, Xunin, Lima və Pasko regionlarında tətbiq olunacaq.
Milli Mülki Müdafiə İnstitutunun məlumatına görə, fövqəladə tədbirlər çərçivəsində çayların və yarğanların təmizlənməsi, həmçinin zərərçəkmiş sakinlər üçün müvəqqəti sığınacaqların yaradılması planlaşdırılır.
Qərarda qeyd olunub ki, xilasetmə, bərpa və digər işlər dövlət büdcəsindən əlavə vəsait cəlb edilmədən profil qurumlarının büdcələri hesabına maliyyələşdiriləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





