Peruda avtobus qəzasında 11 nəfər ölüb, 20 nəfər yaralanıb
19 İyun 2026 12:42   Paylaş

Perunun mərkəzi bölgəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı sərnişin avtobusu aşıb, nəticədə 11 nəfər həyatını itirib, 20 nəfər xəsarət alıb.

"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 11 nəfər həyatını itirib, 19-20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, qəza gecə saatlarında Huanuco bölgəsində baş verib. "Real Chancas" şirkətinə məxsus avtobus ölkənin şərqində yerləşən Pukalpa şəhərindən paytaxt Limaya gedirmiş.

İlkin ehtimallara görə, sürücü sükan arxasında yuxuya gedib və döngədə nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtobus yoldan çıxaraq yaşayış evinə çırpılıb.

Hadisə yerinə xilasedicilər, polis və yerli sakinlər cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın dəqiq səbəbləri araşdırılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol