Pentaqon: İranla münaqişədə 390-dan çox ABŞ hərbçisi yaralanıb
11 Aprel 2026 20:56   Paylaş

Pentaqonun məlumatına görə, ABŞ və İsrailin İranda həyata keçirdiyi əməliyyatlarda azı 390 amerikalı hərbçi yaralanıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Daha əvvəl Pentaqon 380 amerikalı hərbçinin yaralandığını açıqlamışdı.

Əsgərlərin əksəriyyəti İranın pilotsuz uçuş aparatlarının hücumları zamanı yaralanıb.

Məlumatda qeyd olunub ki, yaralanan hərbçilərin çoxu artıq xidmətə qayıdıb.

Bildirilib ki, aparılan döyüş əməliyyatları zamanı 13 amerikalı hərbi qulluqçu, o cümlədən 6 nəfər Küveytdə və 1 nəfər Səudiyyə Ərəbistanında həlak olub. Digər hərbiçilər ABŞ yanacaqdoldurma təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol