Pentaqon daha iki generalı vəzifədən azad edib
Quru qoşunlarının qərargah rəisi Rendi Corcla yanaşı, Devid Hadni və Uilyam Qrini də vəzifədən azad olunub.
"Stabil.az" xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Hadni ötən ilin payızında yaradılan ordu islahatları və döyüş hazırlığı komandanlığına rəhbərlik edirdi, Qrin isə ordunun baş kapellanı idi. Generalların işdən çıxarılması ordu komandanlığının İranda hipotetik quru əməliyyatı üçün Yaxın Şərqə bir neçə min əsgər göndərməsi ilə bağlıdır. Hərbi münaqişələr zamanı bu cür kadr dəyişiklikləri çox nadir hadisə hesab olunur.
Beləliklə, Pentaqonun başçısı Pit Heqset ABŞ Silahlı Qüvvələrinin ştab rəisləri komitəsinin tərkibini praktiki olaraq tam yeniləyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





