Pekində Van İ və Abbas Əraqçi regiondakı gərginliyi müzakirə ediblər
Çinin xarici işlər naziri Van İ və İranın xarici işlər naziri Abbas Əraqçi Pekində keçirilən görüşdə regional məsələləri diqqət mərkəzində saxlayıblar.
"Stabil.az" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Onlar qarşılıqlı maraq doğuran məsələləri, eləcə də regional və beynəlxalq gündəliyi müzakirə ediblər.
Digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Van İ və A.Əraqçinin görüşü ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin mayın 14-15-də keçiriləcək sammitindən əvvəl baş tutub. Bu sammitdə ABŞ ilə İran arasındakı münaqişə əsas mövzulardan biri olacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




