Pekində Putin və Si Cinpin görüşü keçirilib
Rusiya Prezidenti Vladimir Putin ilə Çin lideri Si Cinpin Pekində Tiananmen Meydanında bir araya gəlib.
"Stabil.az" Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya və Çin liderləri ilk olaraq məhdud formatda danışıqlar aparıblar.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Rusiya Prezidenti Çin liderini gələn il Rusiyaya səfərə dəvət edib.
Putin bildirib ki, əlverişsiz xarici amillərə baxmayaraq, iki ölkə arasında əməkdaşlıq yaxşı temp nümayiş etdirir. Belə ki, Rusiya və Çin arasında ticarət dövriyyəsi son 25 ildə 30 dəfədən çox artıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





