Pedro Sançes Trampa: Milyonların taleyi ilə oynaya bilməzsiniz
4 Mart 2026 14:46   Paylaş

Pedro Sançes ABŞ Prezidentinin Madridlə ticarəti azaltmaq təhdidinə cavab olaraq açıqlama verib.

"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Baş naziri xalqa televiziya ilə müraciət edib.

O vurğulayıb ki, İspaniya Yaxın Şərqdə davam edən müharibənin gətirdiyi fəlakətlə mübarizə aparır.

"Bəşəriyyətin böyük fəlakətləri belə başlayır. Milyonların taleyi ilə "rus ruletkası" oynaya bilməzsiniz", - Baş nazir bəyan edib.

Xatırladaq ki, iki ölkə arasında gərginlik Sançesin ABŞ və İsrailin İranı bombalamasını pisləməsindən sonra daha da artıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol