Paytaxtda nəqliyyatın sıx olduğu küçə və prospektlər açıqlanıb
26 Yanvar 2026 09:07   Paylaş

Bakıda hazırda nəqliyyatın sıx olduğu küçə və prospektlərin siyahısı açıqlanıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə sıxlıq müşahidə olunur:

  1. Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

  2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

  3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

  4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyədək;

  5. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;

  6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

  7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

  8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

  9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

  10. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

  11. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol