Paşinyan: Azərbaycan yanacağı Ermənistana böyük iqtisadi fayda verib
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla ticarətin, xüsusilə yanacaq idxalının ölkəyə on milyardlarla qənaət təmin etdiyini qeyd edib.
"Stabil.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o parlamentdə çıxışı zamanı bildirib.
"Azərbaycandan Ermənistana neft məhsullarının idxalı sayəsində ölkə vətəndaşları və sakinləri on milyardlarla qənaət ediblər. Azərbaycan neft məhsullarının idxalı - bazarda 8 il davam edən monopoliya vəziyyətinin aradan qaldırılması əməliyyatını başa çatdırmağımıza imkan verən son amil oldu. Niyə 8 il? Çünki biz mafiya ilə mübarizə aparırıq. Bu mafiya təkcə daxili erməni mafiyası deyil, onun bəzən başqa yerlərdə də digər filialları olur", - Paşinyan deyib.
O əlavə edib ki, əgər Azərbaycan dəmir yolu ilə Ermənistana tədarüklər başlamasaydı, mümkün böhranlar, o cümlədən Hörmüz boğazı ətrafındakı vəziyyət ölkə iqtisadiyyatına daha güclü təsir edərdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





