Parlament seçkiləri zamanı Banqladeşdə partlayış baş verib
12 Fevral 2026 12:49   Paylaş

Banqladeşdə parlament seçkiləri və referendumun keçirildiyi seçki məntəqələrində iki əl qumbarası partlayıb.

“Stabil.az" xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb, yaralananlar arasında bir uşağın da olduğu bildirilir. Xilasedicilər və hüquq-mühafizə orqanları hadisə yerində araşdırmalara başlayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol