Parisdən yeni enerji strategiyası: elektrikləşmə genişləndirilir
Fransa Baş naziri Sebastyan Lökornü çıxışında ölkənin enerji müstəqilliyini artırmaq üçün geniş elektrikləşdirmə planının həyata keçiriləcəyini bildirib.
"Stabil.az" Fransa mediasına istinadən xəbər verir ki, Baş nazir bu planın Fransanın xarici enerjidən asılılığını azaltmaq məqsədi daşıdığını bildirib. Elektrikləşməyə dəstəyin ikiqat artırılacağını qeyd edib. Plan çərçivəsində istifadə sahələrinin elektrikləşdirilməsinə illik dəstək 5,5 milyard avrodan 10 milyard avroya qaldırılacaq. Baş nazir bu addımı güclü seçim adlandırıb və Fransanın gələcək enerji böhranlarına hazırlığını artırmaq istədiyini vurğulayıb.
“Neft və qazdan asılı olduqca, başqalarının müharibələrini maliyyələşdiririk. İndi dəyişiklik etməliyik, amma bunu metodik şəkildə etməliyik”, – deyə Lökornü qeyd edib. Onun sözlərinə görə, Fransanın enerji istehlakının 60%-i hələ də fosil yanacaqlardan ibarətdir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





