Pakistanın şimal-qərbində terror: 9 nəfər ölüb, 35 yaralı var
15 May 2026 11:25   Paylaş

Pakistanın Xayber Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinə qarşı kamikadze hücumu nəticəsində bir mülki şəxs və azı səkkiz hərbçi həlak olub, 35 nəfər yaralanıb.

"Stabil.az" Pakistan mediasına istinadla xəbər verir ki, cümə axşamı gecəsi partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsinin Əfqanıstanla sərhəddə yerləşən Bajaur rayonundakı kəşfiyyat düşərgəsinə girməyə cəhd etməsi nəticəsində daha 35 hərbi qulluqçu yaralanıb.

Kəşfiyyat düşərgəsinin darvazası və ətraf divarları zədələnib.

Hücuma görə hələlik heç bir qrup terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol