Pakistanın şimal-qərbində 27 silahlı şəxs zərərsizləşdirilib
Hayber-Paxtunxva əyalətində aparılan əməliyyatlar nəticəsində son üç gün ərzində 27 silahlı şəxs zərərsizləşdirilib.
"Stabil.az" xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Şimali Vəziristan rayonunda qadağan olunmuş Fitnə əl-Xəvaric qruplaşmasına qarşı bir sıra antiterror əməliyyatları həyata keçirilib.
Öldürülən terrorçular hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə hücumlarda iştirak ediblər. Onların üzərindən silah və sursat tapılıb.
Vurğulanıb ki, Pakistan təhlükəsizlik qüvvələri 2025-ci ildə 2597 yaraqlını öldürüb. Bu dövrdə Pakistanda 1235 nəfərin ölümünə səbəb olan 5397 terror aktı qeydə alınıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





