Pakistanın şimal-qərbində 24 silahlı məhv edilib
Pakistanın şimal-qərbində yerləşən Hayber Paxtunxva əyalətində keçirilən təhlükəsizlik əməliyyatları nəticəsində 24 silahlı məhv edilib.
"Stabil.az" xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.
Bildirilib ki, kəşfiyyata əsaslanan əməliyyatlar qadağan olunmuş “Təhrik-e Taliban Pakistan” qruplaşmasının hücumlarının artmasından sonra həyata keçirilib. Öldürülən şəxslərin təhlükəsizlik qüvvələri və mülki şəxslərə qarşı çoxsaylı hücumlarda iştirak etdiyi ehtimal olunur. Əməliyyat zamanı silah və sursat da aşkarlanıb.
Pakistan ordusu bölgədə əməliyyatların davam etdiriləcəyini açıqlayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





