Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ, İsrail və İranı dialoqa çağırıb
Pakistanın Baş naziri Şahbaz Şərif Yaxın Şərqdə gərginliyin azaldılması üçün tərəfləri təmkinli olmağa və dialoqu davam etdirməyə səsləyib.
"Stabil.az" xəbər verir ki, baş nazir bunu "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Pakistan hökumətinin başçısının sözlərinə görə, dövlətlər arasındakı münaqişələrin həllinə diplomatik yanaşma silahlı qarşıdurmadan fərqli olaraq böyük perspektivlər vəd edir və nəticəyə nail olma şansını artırır.
"Yaxın Şərqdə zorakılığın son dalğası kövrək atəşkəslə bağlı təhlükələrin və onun səbəb ola biləcəyi ağır nəticələrin xatırlatmasıdır. Qardaşlarımız və tərəfdaşlarımızla birlikdə münaqişənin diplomatik həll yolunun tapılması üzərində vicdanla və diqqətlə işləyərək bütün tərəfləri səmimi şəkildə təmkinlilik nümayiş etdirməyə və sülhə daha bir şans verməyə çağırırıq. Gəlin zorakılıq və dağıntılar əvəzinə parlaq uğur perspektivləri vəd edən sülh və diplomatiya yolunda qalmağa davam edək", - o yazıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





