Pakistanda terror hücumu 9 polisin həyatına son qoyub
Pakistanın Bəlucistan əyalətində silahlı şəxslərin polis binasına təşkil etdiyi hücum nəticəsində 9 polis əməkdaşı ölüb.
"Stabil.az" Pakistan mediasına istinadla xəbər verir ki, hücum Ziarat rayonunda yerləşən polis binasına edilib. Hazırda təhlükəsizlik qüvvələri ərazidə əməliyyat keçirir. Hücumun təşkilatçılarının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Hadisənin məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




