Pakistanda “Mi-17” hərbi helikopteri qəzaya uğrayıb
10 İyun 2026 19:45   Paylaş

Pakistan ordusuna məxsus “Mi-17” hərbi helikopteri qəzaya uğrayıb. Nəticədə bütün ekipaj həlak olub.

"Stabil.az" dövlət televiziya kanalı PTV-yə istinadla xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə əlaqələr üzrə idarələrarası xidməti məlumat yayıb. Məlumata görə, insident iyunun 10-da Müzəffərabad ətrafında qeydə alınıb. İlkin ehtimala əsasən, helikopter havaya qalxarkən yaranan texniki problem səbəbindən yerə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol