Pakistanda məsciddə baş verən partlayış nəticəsində 11 nəfər ölüb
6 Fevral 2026 14:55   Paylaş

Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayış nəticəsində azı 11 nəfər həlak olub, onlarla insan yaralanıb.

“Stabil.az"ın məlumatına görə, Qərb mediası hadisə nəticəsində 80 nəfərin yaralandığını bildirib.

Eyni zamanda, “Xinhua” agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, partlayış zamanı azı doqquz nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları və dəqiq itki sayı ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol