Pakistanda məscid yaxınlığında partlayış olub: 15 nəfər ölüb
Pakistanda cümə namazı vaxtı məscidin yaxınlığında partlayış baş verib.
"Stabil.az" “Geo News”a istinadən xəbər verir ki, hadisə Xeybər-Paxtunxva vilayətində qeydə alınıb.
Partlayışın cümə namazı vaxtı baş verdiyi bildirilir. Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə xəsarət alıb. Yaralıların içərisində polis əməkdaşları da var.
Partlayış nəticəsində məscidin binasına ciddi ziyan dəyib.
Məlumata görə, partlayıcı yüklü avtomobil məscidin yaxınlığında yerləşən obyektlərdən birinə çırpılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





