Pakistanda məktəb avtobusu qəzaya uğrayaraq yanıb, 11 uşaq yaralanıb
Pakistanın Murri şəhərində məktəbliləri daşıyan mikroavtobus yoldan çıxaraq yanıb və nəticədə ən azı 11 uşaq xəsarət alıb.
"Stabil.az" "DAWN"a istinadən xəbər verir ki, hadisə "Bara Hotar Link Road" yolunun yaxınlığında baş verib.
Hadisə yerinə xilasetmə qrupları göndərilib. Əksəriyyəti məktəbli olan sərnişinlər avtomobildən təhlükəsiz şəkildə təxliyə ediliblər. Onlar yüngül xəsarətlər alıblar, lakin alov avtomobili tamamilə bürüyüb.
4-14 yaş arası 11 sərnişindən doqquzu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yaralılara zəruri tibbi yardım göstərilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





