Pakistanda kömür mədəninin çökməsi nəticəsində doqquz nəfər ölüb
31 İyul 2026 10:06   31 Jul 2026 10:33 Paylaş

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində azı doqquz nəfər həlak olub.

"Stabil.az" xəbər verir ki, bu barədə “Geo TV” xilasedici xidmətlərə istinadla məlumat yayıb.

Mədən sahibinin sözlərinə görə, hadisəyə metan qazının partlayışı səbəb ola bilər. Qəza zamanı mədəndə 42 işçinin olduğu bildirilir. Onlardan bir neçəsinin dağıntılar altında qala biləcəyi ehtimal olunur.

Hazırda xilasetmə əməliyyatları davam etdirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol