Pakistanda əməliyyatlar nəticəsində 40-dan çox döyüşçü məhv edilib
30 Yanvar 2026 15:57   Paylaş

Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində, Bəlucistan əyalətində, iki döyüşçü sığınacağına basqınlar edərək ümumilikdə 41 silahlını zərərsizləşdirib.

"Stabil.az"ın "Al Arabiya"ya istinadən verdiyi xəbərə görə, bu barədə hərbi idarə məlumat yayıb.

Bəyanata görə, Pəncqur rayonunda keçirilən ilk əməliyyat nəticəsində 30 döyüşçü öldürülüb, Xarnay rayonundakı ikinci əməliyyatda isə əlavə 11 döyüşçü məhv edilib. Hər iki əməliyyat cümə axşamı baş tutub və Pakistan tərəfi heç bir itki verməyib.

Hərbçilər vurğulayıblar ki, öldürülənlər Hindistan tərəfindən dəstəklənən qruplaşmanın üzvləri olub və onlar təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı hücumlarda və bank soyğunlarında iştirak etmişdilər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol