Pakistanda daşqınlar 37 nəfərin ölümünə səbəb olub
Pakistanda güclü yağışların yaratdığı daşqınlar nəticəsində 37 nəfər həyatını itirib.
"Stabil.az" xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, iyulun 19-dan bəri başlayan musson mövsümündə yağan güclü yağışlar Xayber Paxtunxva, Pəncab və Gilgit Baltistan əyalətlərində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Hakimiyyət orqanları Xayber Paxtunxvada 20 nəfərin, Pəncabda isə 17 nəfərin güclü yağışlarla bağlı hadisələrdə, o cümlədən daşqınlar, ildırım və elektrik cərəyanı vurması nəticəsində öldüyünü açıqlayıb. Bu, ölkədə güclü yağışlarla bağlı ölənlərin ümumi sayını 37-yə çatdırıb.
Bu arada, Gilgit Baltistan və Pakistanın idarə etdiyi Azad Cammu və Kəşmir bölgəsində güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri məhsuldarlığa və evlərə də ciddi ziyan vurub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





