Pakistanda avtobus qəzası nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb
Pakistanın Bəlucistan əyalətində avtobusun dərəyə aşması nəticəsində azı 40 nəfər həlak olub, 8 nəfər isə xəsarət alıb.
"Stabil.az" xəbər verir ki, bu barədə "Dawn" nəşri məlumat yayıb.
"İlkin məlumatlara görə, qəza nəticəsində 40 nəfər ölüb, 8 nəfər yaralanıb", - Bəlucistan nazirinin media və siyasi məsələlər üzrə köməkçisi Şahid Rindin bəyanatında bildirilib.
Avtobus dərəyə aşan zaman salonda 48 sərnişin olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





