Pakistanda antiterror əməliyyatı: 24 silahlı öldürülüb
Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində həyata keçirilən iki əməliyyat nəticəsində azı 24 silahlı zərərsizləşdirilib.
"Stabil.az" xəbər verir ki, Pakistanın təhlükəsizlik xidmətindən verilən məlumata görə, Orakzay dairəsində keçirilən əməliyyat zamanı 14 silahlı, Xayber bölgəsində keçirilən digər əməliyyat zamanı isə 10 silahlı zərərsizləşdirilib.
Hazırda təhlükəsizlik qüvvələrinin əməliyyatı davam edir, sağ qalan silahlılar təqib olunur.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





