Pakistan XİN ABŞ və İranı danışıqlara çağırıb
16 İyul 2026 17:21   Paylaş

Pakistan XİN ABŞ və İranı silahlı qarşıdurmaya son qoyaraq mübahisələrin həlli üçün danışıqlar masasına qayıtmağa çağırıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "İnterfaks" Pakistan XİN-in nümayəndəsi Tahir Andrabinin bəyanatına istinadən məlumat yayıb.

O qeyd edib ki, münaqişəni danışıqlar masası arxasında həll etmək lazımdır: "Pakistan tərəfləri zorakılığı dayandırmağa və anlaşma memorandumuna uyğun olaraq texniki danışıqları bərpa etməyə çağırmağa davam edəcək".

İyul ayında ABŞ Prezidenti Donald Tramp İrana zərbələri bərpa edib və atəşkəsin başa çatdığını hesab etdiyini bildirib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol