Pakistan təhlükəsizlik qüvvələri silahlılara qarşı əməliyyatı tamamlayıb
5 Fevral 2026 12:07   Paylaş

Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistan bölgəsində silahlılara qarşı əməliyyatı başa çatdırıb.

"Stabil.az" Pakistan mətbuatına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 216 terrorçu məhv edilib.

Bununla yanaşı, əməliyyat zamanı qadın və uşaqlar daxil olmaqla 36 mülki şəxs və təhlükəsizlik qüvvələrindən 22 nəfər həlak olub.

Qeyd edilir ki, ötən həftə “Bəlucistan Azadlıq Ordusu” adlı separatçı qruplaşma bölgədə koordinasiyalı terror aktları törədib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol