Pakistan daha 485 nəfər əfqan məhbusu azad edib
18 İyun 2026 22:52   Paylaş

Pakistan həbsxanalarında saxlanılan və sonradan azadlığa buraxılan daha 485 Əfqanıstan vətəndaşı vətəninə geri dönüb.

"Stabil.az" Əfqanıstanın rəsmi Radio və Televiziyasına (RTA) istinadla xəbər verir ki, sərhəd-keçid məntəqələrində lazımi yardımlarla təmin olunan həmin şəxslər daha sonra daimi yaşadıqları əyalətlərə yola salınıblar. Qeyd edək ki, bundan əvvəl də Pakistan həbsxanalarından azad edilən 763 Əfqanıstan vətəndaşı ölkəsinə qaytarılmışdı.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol