Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçiriləcək WUF13-də iştirak edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıda keçiriləcək WUF13 forumunda iştirakı gözlənilir.
"Stabil.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov bildirib.
Prezidentin müşaviri təsdiqləyib ki, dövlət başçısının Bakıda WUF13-də iştirak etmək üçün səfəri planlaşdırılır.
"Biz artıq hazırlaşırıq. Və dünən nümayəndə heyətini salamlama zamanı Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan prezidentinin bu dəvəti qəbul etdiyinə və bu forumda iştirak etməyə hazır olduğuna görə təşəkkürünü bildirib", - o deyib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





