Ötən il Rusiyadan Azərbaycana 500 mindən çox turist gəlib
16 Aprel 2026 16:26   16 Apr 2026 16:46 Paylaş

Ötən il Rusiyadan Azərbaycana 500 mindən çox turist gəlib.

"Stabil.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında deyib.

Baş nazirin müavini qeyd edib ki, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında turist mübadiləsinin ümumi sayı 700 min nəfəri keçib.

“Rusiyadan Azərbaycana 500 mindən çox, Azərbaycandan Rusiyaya isə təxminən 200 min səfər reallaşıb”, - o qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol