Ötən il Çin əhalisi 3,39 milyon nəfər azalıb
19 Yanvar 2026 09:27   Paylaş

2025-ci ildə Çin əhalisi 3,39 milyon nəfər azalaraq 1 milyard 404 milyon 890 min nəfərə düşüb.

"Stabil.az" xəbər verir ki, bu barədə məlumatı Çinin Milli Statistika Bürosu yayıb.

Hesabatda bildirilir ki, il ərzində Çində 7,92 milyon doğum və 11,31 milyon ölüm qeydə alınıb. Doğum və ölüm göstəriciləri hər min nəfərə müvafiq olaraq 5,63 və 8,04 təşkil edib.

Rəsmi məlumatlara əsasən, kişi əhalisi 0,3% azalaraq 716,85 milyon, qadın əhalisi isə 0,1% azalaraq 688,04 milyon nəfər olub. Eyni zamanda, 65 yaşdan yuxarı əhalinin sayı 1,5% artaraq 223,65 milyona çatıb.

Qeyd olunur ki, Çin hökuməti son illərdə doğum səviyyəsini artırmaq və yaşlı əhalinin iqtisadi fəallığını gücləndirmək məqsədilə bir sıra sosial-iqtisadi tədbirlər həyata keçirir.

Xatırladaq ki, Çin əhalisi 2022-ci ildə son 60 ildə ilk dəfə olaraq 850 min nəfər azalmışdı. Bu azalma 2023 və 2024-cü illərdə müvafiq olaraq 2,08 milyon və 1,39 milyon nəfər təşkil edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol