Ötən həftə FHN tərəfindən həyata keçirilən əməliyyatlarda 54 nəfər xilas edilib
26 Yanvar 2026 10:12   26 Jan 2026 10:14 Paylaş

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən həftə ərzində 166 yanğına çıxış etdiyini açıqlayıb.

"Stabil.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi ötən həftənin xronikasında məlumat yayıb. 

Bildirilib ki, 41 halda köməksiz vəziyyətdə qalma, 1 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğınlar operativ şəkildə söndürülüb və insanların həyatı xilas edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən 54 nəfər xilas edilib, onlardan 9-u azyaşlıdır. Hadisələr zamanı 2 nəfər xəsarət alıb, 7 nəfər isə ölüb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol