Ötən həftə 73 mina və 329 partlamamış digər hərbi sursat zərərsizləşdirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 22-28-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
"Stabil.az" ANAMA-ya istinadən xəbər verir ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 36 , tankəleyhinə 37 mina və 329 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1696,11 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





