Ötən gün ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
11 Aprel 2026 16:07   Paylaş

Ötən gün ölkə ərazisində qeydə alınan 53, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub və nəticədə 54 nəfər saxlanılıb.

"Stabil.az" DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 103, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bildirilib ki, narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Aprelin 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol