Ötən ay ölkədən çıxışına məhdudiyyət qoyulan 804 nəfər sərhəd-keçid məntəqələrində saxlanılıb
Ötən ay ərzində aparılan əməliyyat-nəzarət tədbirləri çərçivəsində, Azərbaycandan çıxışına qanuni əsaslarla qadağa qoyulmuş 804 nəfərin sərhədi keçmək cəhdinin qarşısı qətiyyətlə alınıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 366 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkəyə girişi qadağan edilən 26 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.
Bundan başqa, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 58 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





