Ötən ay işğaldan azad edilmiş ərazilərdə 481 mina və 1621 partlamamış sursat zərərsizləşdirilib
2 Mart 2026 16:13   02 Mar 2026 16:22 Paylaş

Fevral ayında ANAMA-nın məlumatına görə, minatəmizləmə əməliyyatları nəticəsində 481 mina və 1621 partlamamış hərbi sursat zərərsizləşdirilib.

"Stabil.az" ANAMA-ya istinadən xəbər verir ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 410, tankəleyhinə 71 mina və 1621 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 4 264,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol