Ötən ay Gürcüstandan Azərbaycana 536 ədəd minik avtomobil gətirilib
19 Fevral 2026 17:49   Paylaş

Ötən ay Azərbaycan Gürcüstandan ümumi dəyəri 20,4 milyon ABŞ dolları olan 536 ədəd minik avtomobili idxal edib.

"Stabil.az" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalında bildirilib.

Avtomobil tədarükü dəyər baxımından 1,6 dəfə, say baxımından isə 50 ədəd azalıb.

Yanvarda Gürcüstandan ixrac edilmiş minik avtomobillərinin ümumi sayı 7 460 ədəd təşkil edib. Qonşu ölkənin avtomobil ixracının 7,18%-i Azərbaycanın payına düşüb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol