Ötən ay Azərbaycanda dəmir yolu ilə yük daşımaları 1 milyonu keçib
21 Fevral 2026 12:54   21 Feb 2026 13:10 Paylaş

Bu ilin yanvar ayında dəmir yolu vasitəsilə daşınan yükün həcmi 1 milyon 225,6 min ton olub.

"Stabil.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 286,2 min ton və ya 18,9 % azdır.

Qeyd edək ki, 2026-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 18,3 milyon ton olub. Yüklərin 6,7 %-i dəmir yolu ilə daşınıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol