“Orion” kosmik gəmisi Aya uçuşdan sonra Yerə qayıdıb
“Artemis II” missiyası zamanı dörd astronavtı daşıyan ABŞ-a məxsus “Orion” kosmik gəmisi Aya uçuşunu başa vuraraq Yerə qayıdıb.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, Sakit okeandakı hədəfə eniş yerli vaxtla 20:07-də (Bakı vaxtilə 04:07) baş tutub.
Enişdən sonra NASA astronavtları “Orion” kosmik gəmisindən bir-bir çıxarmağı və helokopterlə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisinə göndərməyi planlaşdırır.
10 günlük “Artemis II” missiyası zamanı heyət 50 ildən çox müddətdə Aya doğru səyahət edən ilk insanlar olub və Yer kürəsindən indiyə qədər qət edilən ən uzaq məsafə ilə bağlı yeni bir rekord qırıblar.
Ekipajda NASA astronavtları Rid Vaysman (Reid Wiseman), Viktor Qlover (Victor Glover) və Kristina Kox (Christina Koch), eləcə də Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen (Jeremy Hansen) yer alıb.


Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





