Orban Ukraynaya maliyyə dəstəyini tənqid edib
12 Fevral 2026 16:06   Paylaş

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) iqtisadiyyatının çətin vəziyyətdə olduğunu bildirib.

"Stabil.az" xəbər verir ki, Orban Brüssel yaxınlığındakı Alden-Bisen qəsrində keçirilən qeyri-rəsmi sammit ərəfəsində çıxış edərək deyib ki, Avropa rəqabət qabiliyyətini itirir və iqtisadiyyatın yenidən inkişaf yoluna qaytarılması üçün tədbirlər görülməlidir.

Baş nazirin sözlərinə görə, iqtisadi bərpanın əsas şərtlərindən biri Ukraynadakı müharibənin tezliklə başa çatmasıdır. O, həmçinin Aİ vəsaitlərinin digər istiqamətlərə, o cümlədən Ukraynaya yönəldilməsini tənqid edib.

V.Orban Avropa şirkətlərinin rəqabət qabiliyyətinin artırılması üçün enerji qiymətlərinin aşağı salınmasının vacibliyini vurğulayıb və üzv dövlətlərin suverenliyini qorumasının önəmini qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol