OPEC: Bu il qlobal neft tələbatı gündəlik 105,8 milyon barel olacaq
OPEC cari il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb.
"Stabil.az" OPEC-in aylıq hesabatına istinadla xəbər verir ki, bu il qlobal neft tələbatının ötən illə müqayisədə 380 min barel artaraq gündəlik 105 milyon 840 min barelə çatacağı gözlənilir. Qeyri-OECD ölkələrində tələbatın 490 min barel artaraq sutkalıq 59 milyon 700 min barel, OECD ölkələrində isə 110 min barel azalaraq gündəlik 46 milyon 140 min barel olacaq.
2027-ci ildə qlobal neft tələbatının bu illə müqayisədə 2 milyon 360 min barel artaraq 108 milyon 190 min barelə çatacağı proqnozlaşdırılır. Həmçinin gələn il OECD-yə üzv olmayan ölkələrdə neft tələbatının cari ilə nisbətən 1 milyon 920 min barel artaraq 61 milyon 620 min barelə, OECD ölkələrində isə 430 min barel artaraq 46 milyon 570 min barelə çatacağı gözlənilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





