OPEC: BTC ilə neft ixracı iyunda 10% artıb
12 Avqust 2026 16:46   12 Aug 2026 17:13 Paylaş

Bu ilin iyununda Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə gündəlik neft ixracının orta həcmi 547 min barel olub.

"Stabil.az" bu barədə məlumatlı mənbələrə istinadən xəbər verir.

Bu ilin may ayı ilə müqayisədə iyun ayında BTC ilə neft nəqli 10 % və ya gündəlik 48 min barel artıb.

Ümumilikdə, bu ilin iyununda BTC boru kəməri ilə neft nəqli keçən ilin iyun göstəricisinə nisbətən 5 % və ya 31 min barel/gün azalıb.

Xatırladaq ki, BTC-nin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol