Ombudsman Aparatı 20 Yanvar şəhidlərini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Ombudsman Aparatının kollektivi 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.
"Stabil.az" Ombudsman Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, ziyarət zamanı ölkəmizin azadlığı uğrunda canını qurban verən şəhidlərin xatirəsi dərin ehtiramla yad olunub, məzarları önünə tər güllər düzülüb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





