Oman sahillərində yük gəmisinə naməlum mərmi ilə zərbə endirilib
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi Oman sahillərində yük gəmisinə hücum edildiyini açıqlayıb.
"Stabil.az" xəbər verir ki, agentliyin məlumatına görə, insident Omanın Əl-Xəsab şəhərindən 20 dəniz mili şimal-şərqdə baş verib. Yük gəmisi naməlum mərmi ilə vurulduğunu bildirən radio mesajı ötürüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir. UKMTO bölgədən keçən digər gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət müşahidə edərsə dərhal quruma məlumat verməyi tövsiyə edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





