Oman sahillərində gəmiyə mərmi düşüb, yanğın baş verib
Omanın Qumzar bölgəsindən 8 dəniz mili şimal-qərbdə yerləşən gəmiyə mərmi düşdükdən sonra yanğın baş verib.
"Stabil.az" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatında deyilib.
"Gəmi naməlum mərmi ilə vurulub. Ekipaj gəmini sağ-salamat tərk edib. Yanğın söndürülməyib, gəmi hazırda dreyf edir. Ətraf mühitə təsir barədə məlumat daxil olmayıb", - mərkəzdən bildirilib.
UKMTO bu ərazidən keçərkən ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





