Ölkədə son iki gündə 74 cinayət açılıb
6 Aprel 2026 12:15   Paylaş

Polis əməliyyatı nəticəsində aprelin 4-ü və 5-də 59 yeni və 15 əvvəlki dövrlərdən qalan cinayət açılıb.

"Stabil.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 29, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 və dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 18 fakt müəyyən edilib.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 13 patron darağı və 366 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər də saxlanılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol