Ölkədə qeyri-sabit hava davam edir: dağlıq ərazilərdə qar, digər yerlərdə yağış müşahidə olunur
Aprelin 29-u saat 11:00-a olan məlumata əsasən ölkə üzrə faktiki hava şəraiti açıqlanıb.
"Stabil.az" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
Bəzi yerlərdə qısamüddətli intensiv xarakterli yağıntılar müşahidə olunur.
Dağlıq ərazilərə - Şahdağa, Quba (Xınalıq, Qrız), Qusar (Laza) qar, digər yerlərə isə yağış yağır.
Düşən yağıntının miqdarı Qəbələdə 17, Oğuzda 12, Göyçayda 9, Şəki, Qaxda 8, Yevlax, İsmayıllı, Göygöl, Şahbuzda 6, Şamaxı, Xızı, Xaltan, Ağsu, Naftalanda 5, Mingəçevir, Kürdəmir, Qobustanda 4, Şabran, Daşkəsən, Tərtər, Bərdə, Zərdab, Gədəbəydə 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Beyləqan, Quba, Yardımlı, Ağdam, Goranboy, Ordubadda 2, Xaçmaz, Laçın, Qubadlı, Kəlbəcər, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Cəbrayıl, İmişli, Sabirabad, Biləsuvar, Lerik, Astara, Zaqatala, Şəmkir, Tovuz, Balakən, Gəncə, Naxçıvan, Şərurda 1 millimetrdir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





