Ölkə ərazisində polis 35 nəfəri cinayət şübhəsi ilə saxlayıb
2 Aprel 2026 12:15   Paylaş

Martın 31-də baş vermiş 25 və əvvəlki dövrlərdən qalan 20 cinayət hadisəsinin açılması nəticəsində polis 35 nəfəri saxlayıb.

"Stabil.az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 7 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 6 tüfəng və 21 ədəd patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər də saxlanılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol